
İran açıq şəkildə və ümumi rəy olmadan hər hansı bir OPEK+ iclasının keçirilməsinin əleyhinədir.
Bunu İranın Neft naziri Bijan Namdar Zəngənə Neft İxrac Edən Ölkələr Birliyinə (OPEK) göndərdiyi məktubunda deyib.
O bildirib ki, iclasda konkret nəticə əldə edilməsə, neftin qiyməti indikindən də aşağı düşə bilər:
“ABŞ və Kanada neft hasilatının azalması prosesinə qatılmalıdır. OPEK+ iclası başlamamışdan əvvəl əsas istehsal səviyyəsinin və azalmanın necə paylanacağı açıqlanmalıdır”.