DünyaSiyasət

Neft tankerlərində partlayışlar barədə məlumatlar “Təhlükəsizlik Şurasına təqdim edilir”

Aznews.tv xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin sularında Norveç, BƏƏ və Səudiyyə Ərəbistanı bayraqları altında üzən neft tankerlərində baş vermiş partlayışa aid faktların və məlumatların Təhlükəsizlik Şurasına təqdim edilməsi nəzərdə tutulur.
Bir sıra mənbələrin məlumatın görə, bugün 6 iyun, cümə axşamı Norveç, BƏƏ və Səudiyyə Ərəbistanının Birləşmiş Millətlər Təşkilatındakı nümayəndələri “bağlı qapılar arxasındakı görüşdə” Təhlükəsizlik Şurasının üzvləri ölkələrinə aid neft tankerlərində baş vermiş partlayışa dair faktları və məlumatları Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edəcəklər. Görüşün BƏƏ-nin Birləşmiş Millətlər Təşkilatındakı daimi qərarganıda baş tutacağı deyilir.
Mayın 12-də BƏƏ-nin Fuceyrə neft limanında iki Səudiyyə neft tankerində, bir Norveç tankerində və bir BƏƏ tankerində partlayışlar baş verib və tankerlərə zərər dəyib. Hadisə nəticəsində insan tələfatı və itkisi, eləcə də tankerlərdən yük və ya yanacağın axması baş verməyib.
Hadisədən qısa müddət sonra, Səudiyyə Ərəbistanına məxsus neft boru kəməri partlayıcı maddələr daşıyan pilotsuz təyyarə tərəfindən hədəfə alınıb. Hücumla bağlı məsuliyyəti öz üzərinə götürən İran İslam Respublikası tərəfindən dəstəklənən Yəmən housiləri eyni zamanda əməliyyatla bağlı qərarın İranla əlaqəsinin olmadığını vurğulayıblar.
Hadisədən sonra Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı rəsmiləri BMT-nin Təhlükəsizlik Şurasına məktub göndərərək, partlayışlar barədə məlumat verməklə, Fars körfəzində gəmiçilik istiqamətlərinin təhlükəsizliyi və xüsusilə də bu bölgədən istehlakçı ölkələrə neft nəqlinin davam etdirilməsi ilə bağlı narahatlıq ifadə ediblər. Bu ölkələrin hadisə ilə bağlı sübut və faktları təqdim etdikdən sonra Təhlükəsizlik Şurasından məsələ ilə bağlı araşdırma aparması və tədbir görməsini tələb edib-etməyəcəkləri məlum deyil.
Tankerlərdə partlayışların törədilməsi ilə bağlı məsuliyyəti heç kim öz üzərinə götürməyib, lakin hadisədən bir neçə gün sonra, Norveçə aid bir Sığorta Şirkətinin ekspertlərinə istinadən məlumat verilib ki, hücumda istifadə edilən materialların qalıqlarından götürülən nümunələrə əsasən, İran İslam Respublikası və ya ona bağlı qrupların və təşkilatların hadisədə əlinin olması “mümkündür”. İndiyədək bu versiya rəsmi şəkildə yayılmayıb və öz təsdiqini tapmayıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button