Site icon Aznews TV

NEFT YERİNƏ MƏDƏN SATIŞI ƏN YAXŞI SEÇİMDİR

Qəzvin Ustanı Nümayəndələr Məcməyinin rəisi Lütfulla Siyahkəli, “nə ftin satılmadığını nəzərə alaraq onun yerinə mədən satışı ölkəni gəlirləndirmə üçün ən yaxşı seçimdir”, – deyə bildirib.
Siyahkəli bu sözlərini Ustanın Sadiratının Gəlişdirilməsi və Nümunə Sadiredənləri Təcliletmə İş Quruhunun iclasında çıxış edib. “Qəzvin ustanı sərmayə qoyanların diqqətindədir, amma ustanda torpaq problemləri ilə üz-üzədirlər. Qəzvinin ərazisinin yüzdə 20-si dövlətə bağışlanmış ərazi olduğundan istifadəsiz qalıb. Bunu həll etsək, ustanın gəlişməsinə iri addım atmış olarıq. Banklar da torpağı vəsiqə kimi təyin edirlər, bu isə dəllalçılığa səbəb olur. Dövlət ərazini icarəyə versə dövlətə bağışlanmış ərazidən də istifadə edə və istəyənlərə icarəyə verə bilərik”, – deyib.
Siyahkəli iclasda, “hansısa bir mədən üzrə ucqar yerlərdə fəaliyyətə başlayanda həmin bölgənin əhalisi də mədəndən payları olacağını umurlar. Paylarını ümran tikənlərr və abadlaşdırma üçün istifadə edəcəklər. Doğrusu budur ki, mədənlərdən bəlli qədər qazancı bölgəsinin əhalisinə verilməlidir. Neftin satılmadığını nəzərə alaraq onun yerinə mədən satışı ölkəni gəlirləndirmə üçün ən yaxşı seçimdir. Mədəndə fəaliyyət istəklərindən ancaq yüzdə 2.8-nə cavab verilir. Bu amar isə gəlir azlığı barədə nigarançılıq doğurandır”, – deyə artırıb.

Exit mobile version