DünyaMədəniyyət və incəsənət

“Neftlix” koronavirusdan qazananlardan oldu

İzləyicilərinə ödəniş əsasında film və seriallar təqdim edən Amerikanın “Neftlix” şirkəti 2020-ci ilin birinci rübündə rekord əldə edib.

Bu, koronavirus pandemiyası ilə mübarizə məqsədi ilə ayrı-ayrı ölkələrdə tətbiq edilən karantin qaydaları sayəsində mümkün olub.

İnsanların evdə oturması onlayn film izləmələrinin sayını artırıb. Kampaniyasının gəliri 709 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Nəticədə “Netflix” bu dövrdə ziyan çəkməyən, əksinə mənfəət əldə edən azsaylı Amerika şirkətlərindən biri olub.

Bununla yanaşı, kampaniya gəlirinin 800 milyon dollaradək artacağını təxmin edir.

Related Articles

Bir cavab yazın

Back to top button