Dünyaİran

Netanyahu Avropa ölkələrinə səsləndi: tarix və xalqınız sizi mühakimə edəcək

İsrail Baş naziri Benyamin Netanyahu Avropa dövlətlərini ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləməyə çağırıb.

Bu barədə İsrailin “Times” qəzeti məlumat yayıb.

“İran rejimi öz xalqını öldürdüyü halda, Avropa ölkələri bu qatil rejimi dəstəkləyirlər. Avropa ölkələri özlərindən xəcalət çəkməlidirlər. İndi İrana qarşı təzyiqləri azaltmağın yox, artırmağın vaxtıdır. İndi ABŞ-ın sanksiyalarına qoşulmağın və İrana qarşı sanksiyaları artırmağın vaxtıdır. İrana canı yananlara bunu deyirəm: Tarix və xalqlarınız sizi ciddi mühakimə edəcəklər. Bu yanaşmanı indi dəyişin”.

Xatırladaq ki, Belçika, Danimarka, Finlandiya, Holandiya, Norveç və İsveç  dünən “Instex”ə qoşulacaqlarını açıqlayıblar; Bu qərar İranla “Nüvə razılaşması” imzalayan və “Instex” mexanizmini hazırlayan üç Avropa gücü- Fransa, İngiltərə və Almaniya tərəfindən müsbət qarşılanıb. Bundan öncə ABŞ-ın Almaniyadakı səfiri də Avropa ölkələrindən INSTEX maliyyə mexanizminə qoşulduqlarına görə tənqid etmişdi.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close