DünyaİranSiyasət

Netanyahu, Həsən Nəsrullah və Qasim Süleymaniyə xəbərdarlıq etdi: Hərəkətlərinizə diqqət yetirin

Aznews.tv “Azadlıq” radiosuna istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu şəhrivərin 5-I (27 avqust) Livanın Hizbullah qruplaşmasına və İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandirinə “danışıqlarına və əməllərinə nəzarət etmək” barədə xəbərdarlıq edib.

Netanyahu özünün Twitter səhifəsində bir video yayaraq bildirib: “Həsən Nəsrullahın (Hizbullah lideri) dediklərini eşitdim. Ona sakitləşməyi məsləhət görürəm, İsrail özünü yaxşı müdafiə etməyi və düşmənlərinə etdikləri əməllərə görə cəzalandırmağı bilir”.

O daha sonra Livan hökumətinə və İsrailin məhv edilməsini hədəfləyən Hizbullaha və həmçinin İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasim Suleymaniyə müraciətində deyib: “Sözlərinizə və xüsusən də hərəkətlərinizə diqqət yetirin”.

Ötən gün isə o bildirmişdi: “İran rejimi İsrailə qarşı ölümcül terror hücumları başlatmaq üçün geniş miqyaslı səylər göstərir. İsrail öz təhlükəsizliyini lazım olan şəkildə qorumağa davam edir. Beynəlxalq birliyi İran rejiminin bu hücumlarını dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıram”.

İsrailin son hücumları və bölgədəki gərginliyin artmasının ardınca, İsrail ordusu hərbi qüvvələri ölkənin şimal komandanlıq qüvvələrinin Suriya və Livanla sərhəddə tam hazır vəziyyətdə olduqlarını açıqlayıb.

Qeyd edək ki, bazar günü Beyrutun cənub ətrafında iki İsrail dronunun vurulmasından sonra Livanın Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullah İsrail tərəfindən Livanın hava məkanına pilotsuz təyyarə göndərməsinə toxunaraq, bunun “çox, çox təhlükəli” olduğunu bildirərək deyib: “İsrail ordusu bu gecədən cavab gözləsin”.

Livan prezidenti Mişel Oun da bazar ertəsi günü İsrailin Livan ərazisinə pilotsuz təyyarələrlə hücumlarının “müharibə elanı” sayıldığını və Livanın öz ərazi bütövlüyünü qorumaq hüququna sahib olduğunu bildirib.

Livanın baş naziri Səəd Həriri də beynəlxalq ictimaiyyəti “təhlükəli gərginliyin” artmasının qarşısını almağa çağırıb.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button