Site icon Aznews TV

Netanyahu: “HƏMAS-ın bütün potensialı məhv edilməyincə əməliyyatlar dayanmayacaq”

“Baş nazir Binyamin Netanyahu axşam saatlarında (oktyabrın 16-da-red) Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Baş nazir açıq şəkildə bildirib ki, İsrail rəzil və qəddar qatillər tərəfindən hücuma məruz qalıb, qətiyyətli, vahid şəkildə birləşərək müharibəyə gedib və HƏMAS-ın hərbi, idarəetmə imkanlarını məhv etməyincə dayanmayacaq”.

Qeyd edək ki, Fələstinin HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 3 000-dən çox insan isə yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb.

Exit mobile version