Site icon Aznews TV

Netanyahu: “İran azad edilmiş pulları terrorçu qruplarına xərcləyir”

Netanyahu Amerika Birləşmiş Ştatları ilə İran arasında uranın zənginləşdirilməsininin ləngidilməsi müqabilində təklif olunan razılaşmaya münasibət bildirib.

O, Tehran-Vaşinqton arasındakı razılaşma nəticəsində azad edilən vəsaitin İran tərəfindən terrorçu qruplaşmalara xərclənəcəyini bildirib.

Qeyd edək ki, İranla-ABŞ arasında baş tutan razılaşmaya əsasən,   İranda saxlanılan 5 İran əsilli amerikalı ev dustaqlığına buraxılıb və İranın dondurulmuş 6 milyard dollar vəsaitinin humanitar sahələrdə istifadəsi üçün razılıq verilib.

Exit mobile version