Site icon Aznews TV

Netanyahu: “İran İsrailin region ölkələri ilə münasibətlərinin normallaşmasına mane ola bilməyəcək”

İsrailin baş naziri Benyamin Netaniyahu bununla bağlı mediaya müsahibə verib.

O, Tehranın regionda sülh prosesinin qarşısını almaq imkanının olmadığını deyib.

“Xaməneinin terror rejimi qətllər və fəlakət səpdiyi halda, İsrail tərəqqi və sülhü təşviq edir”,- baş nazir qeyd edib.

O, bildirib ki, İran İsrailin “İbrahim müqaviləsi”nə mane ola bilmədiyi kimi, İsrail vətəndaşlarının, region xalqlarının və bütövlükdə bəşəriyyətin xeyrinə olan münasibətlərin normallaşdırılması prosesinə də əngəl ola bilməyəcək.

Qeyd edək ki, İranın rəhbəri Əli Xaməneinin bəzi dövlətlərin İsraillə dialoqun normallaşdırılmasına dair addımlarının uğurlu alınmayacağını iddia edib.

Exit mobile version