Dünyaİran

Netanyahu: İran xalqı azadlığa layiqdir

İran xalqı azadlığa layiqdir!

Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu İsrail hökumətinin iclasında İrandakı hadisələrə toxunarkən deyib.

“İran rejiminə qarşı yenidən küçələrə çıxan İran xalqının cəsarətini qeyd etmək istərdim. İran xalqı sərbəstliyə layiqdir, azadlığa layiqdir. Onların sülh və əmin-amanlıq içində yaşamaq haqqı var. Hansıları ki, İran rejimi xalqın əlindən alıb. İran rejimi nəinki öz xalqını əzir, eləcə də Orta Şərqdə terrorçuluğun mərkəzidir. Bu rejim eyni zamanda 176 günahsız insanın qətlə yetirilməsində günahkardır. Hansı ki, bunu gizlətməyə çalışaraq beynəlxalq camiəyə yalan danışdı. Biz ölənlərin ailələrinə başsağlığı veririk”, – o əlavə edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close