“ANT” “Report”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
“Biz HƏMAS-ın idarəetmə potensialının məhv edilməsi yolunda dönüş nöqtəsinə çatdıq. Məhəmməd Sinvarı aradan qaldırdıq”, – o, Knessetdə (parlament) çıxışı zamanı bildirib.
Xatırladaq ki, mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan-Yunisdəki Avropa xəstəxanasının altındakı yeraltı qərargaha zərbə endirdiyini elan etmişdi. Hədəf Qəzza zolağında HƏMAS-a və bu təşkilatın hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları” qruplaşmasına başçılıq etmiş Məhəmməd Sinvar olmuşdu.