İran

Energetika Nazirliyi: İranda 8 milyon kənd əhalisi su problemindən əziyyət çəkir

İran Energetika Nazirliyinin Su Təchizatı Mərkəzinin rəisi hazırda ölkədə 8 milyon kənd əhalisinin ciddi su problemindən əziyyət çəkdiyini deyib.

İran Energetika Nazirliyinin Su Təchizatı Mərkəzinin rəisi hazırda ölkədə 8 milyon kənd əhalisinin ciddi su problemindən əziyyət çəkdiyini deyib.

“Aznews tv”ın xəbərinə görə, bu barədə İran Energetika Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, geniş su problemi 20 ailədən çox olan 13 min kəndin və 20 ailədən az olan 15 min kəndin həyatına mənfi təsir göstərib.

Xatırladaq ki, İranda son illərdə ciddi xalq etirazlarına səbəb olan amillərdən biri də su çatışmazlığıdır. Belə ki, ölkənin bir sıra vilayətlərində, xüsusi ilə kənd yerlərində əhali hətta içməli suya belə həsrət qalıb. Bir müddət öncə İsfahanda başlayan, daha sonra kütləvi xarakter alaraq ölkənin bir çox şəhərlərinə yayılan su çatışmazlığı ilə bağlı etirazlar buna ən bariz nümuna hesab edilə bilər. Bu problemin təbii və ekoloji səbəbləri olsa da, lakin hökumət tərəfindən təbii və su ehtiyatlarının yanlış idarə edilməsi mövcud vəziyyəti yaradan başlıca amildir.

Related Articles

Bir cavab yazın

Back to top button