DünyaİranSiyasət

Netanyahu Putinlə görüşdə: İranın Suriyanın daxilindən İsrailə hücum cəhdləri güclənib

Aznews.tv “Amerikanın səsi” radiosuna istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu 12 sentyabr, cümə axşamı günü Rusiya prezidenti Vladimir Putinlə görüşərək mühüm regional məsələlər, o cümlədən İslam Respublikasının Suriyada mövcudluğu barədə danışıqlar aparıb.

Associated Press agentliyi xəbər verir ki, Soçi liman şəhərində baş tutan görüş zamanı Netanyahu, İsrail hərbi müdafiə qüvvələrinin Suriyada rus hərbçilərinin olması ilə əlaqədar Rusiya hərbi qüvvələri ilə koordinasiyalı fəaliyyətinin vacibliyini vurğulayıb.

İsrailin İranı öz sərhədləri yaxınlığında olmasını qəbul etməyəcəyini dəfələrlə bildirən Netanyahu deyib: “Keçən ay biz İranın İsrailə hücum etmək üçün Suriyanın ərazisindən istifadə etmək səylərinin kəskin artdığını gördük”.

İsrail, İran İslam Respublikasını bu tip silahların İraq və Suriyanın şimalından Livana çatdırmaq və təmin etmək üçün quru yolu açmağa çalışmaqda günahlandırır.

ABŞ höküməti daim İsrailə qarşı istənilən təhdidi kəskin pisləyib və İsraili qarşısındakı təhdidlər

ABŞ hökuməti davamlı olaraq İsrailə qarşı istənilən təhdidi pisləyərək, İsrailin qarşıdakı təhdidlərə qarşı özünü müdafiə hüququnu dəstəkləyib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button