Site icon Aznews TV

Netanyahu Qəzzaya nəzarətin Abbas administrasiyasına verilməsi ehtimalını rədd edib

Aznewstv xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.

“Düşünürəm ki, Fələstin Muxtariyyəti indiki formada Qəzza zolağına görə məsuliyyəti öz üzərinə götürə bilmir”-deyə, o bildirib.

Netanyahu əlavə edib ki, İsrail ordusu anklav uğrunda döyüşdükdən sonra Qəzzaya nəzarəti Abbasa təhvil vermək qeyri-mümkündür: “Mahmud Abbas oktyabrın 7-də HƏMAS-ın silahlı qanadından olan radikalların İsrailə qarşı həyata keçirdiyi hücumu hələ də pisləməyib”.

Exit mobile version