DünyaİranSiyasət

Netanyahu: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcəyik

Aznews.tv “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, İsrailin baş naziri Rusiyanın yüksək səviyyəli rəsmisi ilə birgə mətbuat konfransında İranı tənqid edərək bildirib: “İsrail İranın nüvə silahı əldə etməsinə “mane” olmaq üçün bütün lazımi tədbirləri görəcək”.

Netanyahu bazar ertəsi, 24 iyun Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə birgə mətbuat konfransında iştirak edib. O, İslam Respublikasına qarşı çıxış edərək deyib: “Rusiya dərk etməlidir ki, bir rejim bizi məhv etməyə çalışır və bu məqsədə çatmaq üçün hər gün addımlar atır”.

“İsrail İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün bütün lazımi addımları atacaq. İran bizi məhv etməyə çalışır və artıq sərhədlərimizə yaxınlaşıb”.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button