Cəmiyyətİran

İranda universitet məzunları arasında işsizlik səviyyəsi təhsili olmayanlardan ‘iki qat artıqdır’

Aznews.tv BBC-yə istinadən xəbər verir ki, İranın Texniki-Peşə Təhsili Komitəsinin Təhsil şöbəsinin muavini Əlirza Hatəmzadə İranda universitet məzunları arasında işsizlik səviyyəsinin təhsili olmayanlardan iki dəfə artıq olduğunu bildirib.

Təsnim agentliyinin məlumatına görə, Hatəmzadə deyib: “Əmək bazarındakı peşələrin ən az 70 faizi ali təhsil tələb etmir, işə getdiyiniz zaman ətrafınızdakı işlərə nəzər yetirsəniz, bir çox peşələrin ali təhsil tələb etmədiyini asanlıqla görə bilərsiniz. Ancaq ölkədə yanlış düşüncə var ki, diploma bacarıqdan çox üstünlük verilir”.

O, işsiz məzunların sayının 1 milyon 340 min nəfərə yaxın olduğunu bildirib.

2018-ci ilin rəsmi statistikasına əsasən, texniki-peşə müəssisələrinin məzunlarının 40 faizini ali təhsilli şəxslər təşkil edib; Hatəmzadənin sözlərinə görə, “müraciət edən şəxslər arasında hətta doktorluq dərəcəsi olanlar da olub”.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button