![](https://www.aznews.tv/wp-content/uploads/2022/05/msg-1181644289-7376-780x470.jpg)
Mayın 25-də yayılan məlumata görə, İsrail rəsmiləri bunun SEPAH-ın “Qüds” qanadının 840-cı birləşmə adlanan məxfi qrupunun bölgədə dağıdıcı əməliyyatlarını dayandırması ilə bağlı İrana xəbərdarlıq olduğunu deyiblər.
İsrail Amerikaya bildirib ki, polkovnik Xudayi Yaxın Şərqdə və qonşu ölkələrdə 840-cı əməliyyat bölməsinə rəhbərlik edib.
“O, son iki ildə Kolumbiya, Keniya, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri və başqa ölkələrdə israillilərə, avropalılara, Amerika vətəndaşlarına və rəsmilərinə qarşı terror hücumlarında iştirak edib”-deyə, məlumatda bildirilib.
Qeyd edək ki, mayın 22-də İranın İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabiti Həsən Səyyad Xudayi Tehranda öz evinin qarşısında iki motosikletli şəxs tərəfindən güllələnərək öldürülüb.