Site icon Aznews TV

New York Times: İsrail rəsmiləri SEPAH zabitini öldürdükləri barədə Amerikanı məlumatlandırıblar

Mayın 25-də yayılan məlumata görə, İsrail rəsmiləri bunun SEPAH-ın “Qüds” qanadının 840-cı birləşmə adlanan məxfi qrupunun bölgədə dağıdıcı əməliyyatlarını dayandırması ilə bağlı İrana xəbərdarlıq olduğunu deyiblər.

İsrail Amerikaya bildirib ki, polkovnik Xudayi Yaxın Şərqdə və qonşu ölkələrdə 840-cı əməliyyat bölməsinə rəhbərlik edib.

“O, son iki ildə Kolumbiya, Keniya, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri və başqa ölkələrdə israillilərə, avropalılara, Amerika vətəndaşlarına və rəsmilərinə qarşı terror hücumlarında iştirak edib”-deyə, məlumatda bildirilib.

Qeyd edək ki, mayın 22-də İranın İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabiti Həsən Səyyad Xudayi Tehranda öz evinin qarşısında iki motosikletli şəxs tərəfindən güllələnərək öldürülüb.

Exit mobile version