Dünyaİran

İngiltərə: İran Suriya və Yəməndəki problemin bir parçasıdır

Britaniyanın Birləşmiş millətlər təşkilatındakı nümayəndəsi dedi, Suriyada baş verənlər dünyanın ən ağrılı böhranlarından biridir.
İngiltərənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Barbara Vudvord İslam Cumhuriyyətinin Suriyadakı rolunu tənqid edərək, İranın Suriyadakı müşkülün bir hissəsi olduğunu deyib.
İngiltərənin nümayəndəsi 20 juən, bazar günü Dünya Qaçqınlar Günü münasibətilə suriyalı qaçqınların durumu haqqında danışarkən, İrana bağlı yaraqlıların Suriyadakı fəaliyyətinin həm Qərb ölkələri, həm də suriyalılar üçün müşkülləri daha da çətinləşdirdiyini qeyd edib.
Başqa tərəfdən, Britaniyanın elçisi İranın yalnız Suriyada deyil, Yəməndə də problemin bir parçası olduğunu vurğulayıb.
Onun sözlərinə görə, İran Husi yaraqlılarının atəşkəsi və barış prosesini qəbul etməyə və 16 milyon yəmənliyə insani yardım çatdırmaq üçün bir yol tapmağa təşviq etmək yerinə, husiləri silahlandırmağa davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button