Cəmiyyətİran

Nir şəhərində 80 mindən çox qaçaq dərman tapıldı

Ərdəbilin Nir şəhərində 80mindən çox qaçaq dərman aşkarlanıb.

Bu barədə Ərdəbil əyalətinin İcra başçısı Huşəng Hüseyni deyib. O bildirib ki, əyalət məmurları əməliyyat çərçivəsində 81 min 900 qaçaq dərman üzə çıxarıblar.

“Mal və valyuta qaçağının qarşısını almaq layihəsi çərçivəsində əyalətin yardım məmurlarının səyi sayəsində bir şübhəli avtobusdan qaçaq mallar tapılıb. Öllkənin daxilində və xaricində satışa hazır olan dərmanları da bu avtobusda aşkarlanıb. Tapılan dərmanların dəyəri yüz milyon tüməndir. Bu əməliyyat çərçivəsində bir qaçaqçı həbs edilib”,- o bildirib.

Qeyd edək ki, Nir şəhəri Ərdəbilin cənub qərbində yerləşir və Ərdəbil-Təbriz arasındaki tranzit yolundadır.

Related Articles

Bir cavab yazın

Back to top button