Azərbaycanİran

Növbəti milli fəalımıza təzyiqlər göstərilir

Güney Azərbaycanın Qəzvin əyalətinin Xurrəmdəşt bölgəsindən olan İsmayıl Xudayari Qəzvin Baş İnqilab Prokurorluğunun beşinci istintaq şöbəsinə çağırılıb.

Ona göndərilən çağırışda 5 gün ərzində prokurorluğun qeyd olunan bölməsinə getməsi istənilib.

Xudayari “gizli sənədləri mediada yaymaq”da ittiham edilir. Bununla bağlı ona istintaqa cavab verməli olduğu bildirilib.

Bundan əvvəl, fevral ayının sonlarında İnzibati xətaların araşdırılması üzrə birinci kollegiyanın qərarı ilə azərbaycanlı müəllimə qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb və onun müəllimlik fəaliyyətinə qadağa qoyulub.

#İsmayılXudayari #millifeal

Related Articles

Bir cavab yazın

Back to top button