Dünyaİran

Nuşinşəhrdə müəllimlər günündə mübahisə baş verib; Tarix təhrif olunur

 

Qərbi  Azərbaycan vilayətində “müəllimlər günü” tədbirində  mərasimə qatılanlar arasında sorğu vərəqəsi mübahisəyə səbəb olub.
Aznews.tv xəbər verir ki, Nuşinşəhr şəhərində təşkil edilən tədbirdə iştirakçılara verilən sorğu vərəqəsində “Türklərin Urmu şəhərinə köç səbəbləri” sualı müəllimləri hiddətləndirib. Jurnalist Mehrdad Təbrizinin sosial şəbəkədə verdiyi məlumata görə, tədbir iştirakçıları bu suala etiraz edib və böyük səs-küy yaradıblar. Nəticədə sorğu vərəqəsi geri toplanılıb.

Sorğu vərəqini hazırlayan müəllim bildirib ki, türklərin Urmu şəhərinə köç səbəbləri ilə bağlı sual Təyəmnur Universitetinin müəlliminin tələbələrə təqdim etdiyi 20 müdafiə işi mövzusundan biridir. Həmin sual məhz bu 20 müdafiə işi arasından seçilərək, sorğuya daxil edilib.

Urmu şəhərinin şimalında yerləşən Nuşinşəhr şəhərində baş verən bu hadisədə iştirak edən müəllimlər əməkdaşlarının bu addımını və universitetin səlahiyyətli şəxslərinin belə mövzulara münasibətlərini tənqid edərək, onları tarixi təhrif etməkdə günahlandırıb.
Qeyd edək ki, 5 may (15 ordibehşt) ölkənin bütün bölgələrində  İranda müəllimlər günü kimi  qeyd edilir.

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button