İranTechnology

Nüvə sazişinə üzv ölkələr “İrana yardım yollarını müzakirə etmək” üçün toplanır

Aznews.tv-dan verilən məlumata görə, nüvə sazişini imzalayan ölkələr bildirib ki, “ABŞ sanksiyalarına qarşı İrana yardım yollarını” müzakirə etmək üçün 28 iyun, cümə axşamı günü Avstriyanın paytaxtı Vyanada bir araya gələcəklər.

Avropa Birliyinin Xarici Əlaqələr ofisi yaydığı bəyanatda bu məsələyə toxunaraq qeyd edib ki, toplantıda Fransa, Almaniya, Rusiya, Britaniya və Çin nümayəndələrinin iştirakı ilə “Vaşinqtonun Tehrana qarşı sanksiyalarına qarşı bütün vasitələr və yollar” müzakirə olunacaq.

Nüvə sazişində qalan ölkələrin təmsilçilərinin görüşünün keçirildiyi bir vaxtda, İranla ABŞ arasında gərginlik pik həddə çatıb.

Avropa dəfələrlə iki ölkə arasında gərginliyin azaldılması üçün ciddi əzminin olduğunu vurğulayıb. Daha əvvəl AB-nin xarici siyasət şefi Federika Moqerini regionda “hərbi qarşıdurma”-nın baş verməsi ehtimalını “son dərəcə təhlükəli” adlandırıb və Tehranla Vaşinqtonu təmkinlilik nümayiş etdirməyə çağırıb.

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button