Site icon Aznews TV

Nüvə proqramı: Makron Rəisi ilə görüşüb / Borel: Heç bir faydası yoxdur

Bu görüşlərin keçirildiyi bir vaxtda, Nyu-yorkda səfərdə olan Fransanın xarici işlər naziri İranın nüvə proqramı ilə bağlı razılığın əldə olunması imkanının itirilmə ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Bu arada Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxi Cozef Borel Vyana danışıqları ilə bağlı razılığa gəlmək üçün Nyu-yorkda Rəisi ilə görüşün mənasız olduğuna toxunaraq deyib ki, onun fikrincə məsələ ilə bağlı heç bir perspektiv yoxdur.

“İran tərəfinin öncəki təklifi və istəyinin razılığa nail olmaq üçün heç bir faydası yox idi, indi deyirlər ki, bu həftə mümkün ola bilər, amma, mən elə hesab etmirəm”,-deyə Borel əlavə edib.

O, Rəisi ilə şəxsən BMT Baş Assambleyasının iclası çərçivəsində görüşb-görüşməyəcəyi ilə bağlı “Politico” saytının sualına yayındırıcı cavab verərək deyib: “Onlar (İran) mənə söz vermişdilər, Dohaya səfər edərkən, Vyanaya səfər zamanı… . Rəisi ilə görüşün nəyisə həll edəcəyini düşünmürəm”.

https://bit.ly/3DFCjHD

Exit mobile version