Dünya

Nyu Yorkda helekopter göydələnə dəydi

Amerikada Nyu York şəhərinin Münhetten bölgəsində bir helekopter göydələnə dəyərək qəza edib.
Aznews.tv xəbər verir ki, pilotun ölümü ilə nəticələnən hadisənin terror aktı olmadığı bildirilir.
Nyu York Yanğınsöndürmə Departamentindən verilən açıqlamaya görə, helekopter Münhettenin mərkəzində “Tayms Meydan”a yaxın ərazidəki göydələnin son mərtəbəsinə dəyib. Qəzadan sonra alovlanan helekopter yanğınsöndürənlərin və polislərin müdaxiləsi nəticəsində söndürülüb.
Helekopter yasaq bölgədə olub
Amerika mediasına açıqlama verən Nyu York Bələdiyyə naziri Bill De Blasio göydələnlə toqquşan helekopterin orada heç olmamalı olduğunu bildirib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button