Site icon Aznews TV

Oktyabrın 4-ü gecə saatlarında İranda etiraz aksiyaları davam edib

Öyrənci və orta məktəb şagirdlərinin də iştirakı ilə keçirilən nümayişlər bir neçə şəhərdə hökumət məmurlarının sərt müdaxiləsi ilə qarşılaşıb.

Bu günə kimi etiraz aksiyalarının çox aktiv olmadığı daha bir neçə şəhərdə geniş nümayişlər keçirilib və daha çox “Xameneyiyə ölüm”, “diktatora ölüm” şüarları səsləndirilib.

Oktyabrın 4-ü onlarla şəhərdə baş tutan etiraz aksiyaları son iki gündə İran rəhbərinin verdiyi iddia olunan açıqlamadan sonra hökumətin aksiyaların azaldığı, bir sıra yerlərdə dayandığı ilə bağlı apardığı təbliğatı puça çıxarıb.

Nümayişlərin yeni dalğasının başlaması ilə eyni vaxtda İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) vətəndaşların telefonlarına mesajlar göndərərək onlara aksiyalara qoşulmamaq barədə xəbərdarlıq edib.

 

Exit mobile version