
Bu barədə onun bacısı Fatimə Heydəri məlumat yayıb.
O, bildirib ki, çox sayda mülki geyimli təhlükəsizlik məmuru kəndə girib, evləri mühasirəyə alınıb, polis qüvvələri isə kəndin giriş və çıxışında postlar quraraq gediş-gəlişi dayandırıblar.
“Bu, rejim məmurları tərəfindən öldürülən qardaşım Cavadın ikinci ildönümü mərasiminin keçirilməsinin qarşısını almaq üçün edilib”,- öldürülən gəncin bacısı bildirib.
Qeyd edək ki, sentyabrın 22-i Cavad Heydərinin öldürülməsinin ildönümü mərasiminin keçirilməsinin qarşısnı almaq üçün, onun ata evinə hücum edilib və ailə üzvləri saxlanılıb.