Cəmiyyətİran

Ölkədə iqtisadi əyalətlər yaranmalıdır – Möhsün Rzayı

Kiçik bir məsələ üçün hər vilayətdən xalq Tehrana yollanmamalıdır.

Aznews.tv xəbər verir ki, bu sözləri Məsləhət Nizam Şurasının Katibi Möhsün Rzayı Zəncan şəhərində “Mehranə” xeyriyyə müəssisəsində görüşü zamanı deyib.

“Hesab edirəm ki, iqtisadi əyalətlər yaranmalıdır və vilayətlərə əlavə səlahiyyət verilməlidir. Belə ki, kiçik bir məsələnin həlli üçün hər bir vilayət sakininin ölkənin mərkəzinə üz tutmasına ehtiyac qalmasın. Bu iqtisadi əyalətlər ən qısa zamanda yaranmalıdır”, M. Rzayı jurnalistlərə müsahibəsində bildirib.

Qeyd edək ki, bu barədə keçmişdə də bəziləri təklif irəli sürmüşdü. Lakin boykot olaraq söz həddində qaldı. Bir neçə vilayətin birləşməsi və yeni vilayətin yaranması dövlətin indiki siyasətinə tam ziddir və güclü tribunalara malik olan müəyyən qüvvələr tərəfindən yaxın günlərdə Rzayının bu ifadəsinə tənqidlərin səslənməsi gözlənilir. Buna əks olaraq, Azərbaycanın bölünməsi və ona (Azərbaycan sözü olmamaq şərti ilə) yeni-yeni adların qoyulması və paralel olaraq azərbaycanlılar yaşayan yerləri (biri fars nəzərə tutulmaqla) “iki dilli” xalq adı qoyulması siyasəti səssizcə, lakin ciddi şəkildə yürüdülür. Belə ki, bu barədə ən son atılan addım Xoy və ona yaxın yerdə yeni vilayətin yaranması ilə bağlı layihənin müzakirəyə qoyulmasıdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button