İran

Antoni Blinkendən İranın nüvə proqramı ilə bağlı xəbərdarlıq

2015-ci il atom proqramı anlaşmasında nəzərdə tutulan məhdudiyyətlərin ləğvi davam edərsə, İran bir neçə həftə ərzində atom silahları üçün uranium əldə edəcək. Bu fikirləri Amerikanın Xarici İşlər Vəziri Antoni Blinken NBC-yə müsahibəsində səsləndirib. Vəzir müsahibə zamanı Amerikanın xarici siyasətinin gündəliyində duran məsələləri şərh edib. Blinken “Amerika BƏRCAM-a qayıdacaqmı?” sualına cavabında bildirib: “İran şərtlərə əməl edərsə, Amerika bu razılaşmaya qayıtmaq fikrindədir”. O, hərtərəfli, güclü və uzunmüddətli bir razılaşma əldə etmək üçün Amerika və onun müttəfiqlərinin danışıqlar masasına oturmasının vacibliyini bildirib. Qeyd edək ki, İranın illərdir atom silahı əldə etməyə çalışması ölkəyə qarşı beynəlxalq təhrimləri artırıb. Nəticədə İran iqtisadi problemlərlə üzləşib. Bu durum əhalinin dolanışığını çətinləşdirib.

Related Articles

Bir cavab yazın

Back to top button