Cəmiyyətİran

Ölkənin artemiya idxalına olan tələbatı tam ödənilə bilər – Nekuyi

Urmiya gölünün hər kub metr suyunda 56130 ədəd artemiya kistası var.

Aznews.tv Farsnews xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Dövlət Artemiya Tədqiqat Mərkəzinin rəisi Əli Nekuyi Fərd deyib.

“Bu miqdar artemiyanın 10 faizi, yəni, təxminən, 52 tonu ölkənin artemiyaya olan tələbatının 90 faizini ödəyə bilər. Balıqçılıq sahəsində olan tələbatın ödənilməsi üçün ildə 70 ton artemiya ölkəyə idxal olunur. Hər bir kiloqramı üçün 80 – 100 ABŞ dolları valyuta ölkədən xaric edilir. Artemiya yumurtasına olan ehtiyac hal-hazırda 71 tondur. Üzümüzə gələn iki il ərzində bu 260 tona yüksələ bilər. Kirman vilayətində bir fermer 200 hektar sahədə, Qoşaçay (Miandab) şəhərində isə bir soydaşımız 10 hektar sahədə artemiya istehsalı ilə məşğuldur”, – deyə, Nekuyi bildirib.

O, Urmiya gölündəki artemiyanın unikal canlı olduğunu bildirib:

“İstehsal üçün lazım olan su daimi formada təmin olunmalıdır. Belə bir vəziyyətdə ölkənin artemiyaya olan bütün ehtiyaclarını məhz daxili istehsal hesabına ödəmək mümkündür. Urmu gölündəki artemiya dünya üzrə indiyə qədər aşkar edilən 8 müxtəlif növündən biridir və unikal canlıdır. Bu canlı digər balıqçılıq məhsullarının yetişdirilməsində olduqca faydalıdır. Onu əvəz edən heç bir qida mənbəyi yoxdur. Bu heyvandan qidalanan dəniz məhsullarında immun sistemi güclənir”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close