Cəmiyyətİran

Ölkənin iqtisadi imkanlarının 53 faizi məhz 5 vilayətə ayrılıb – Millət vəkili

Ölkənin ümumi milli gəlirinin 53 faizi məhz bu 5 vilayətə verilir. 

Aznews.tv “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisdə Planlaşdırma və Büdcə Komissiyasına üzvü, Ərdəbil, Nir və Səreyin şəhərlərinin vəkili Məhəmməd Feyzi Şamgah mətbuata müsahibəsində deyib.

“Ərdəbil kimi vilayətlərdə ya kəndlərdən şəhərə axın var, ya da işsizlik və digər ictimai çətinliklər görünür. Ona görə ki, ölkədə əldə olunan ümumi gəlirlər vilayətlər arasında ədalətli bölünmür. Nisbətən, az inkişaf etmiş vilayətlərdə daxili istehsalın artması üçün millət vəkilləri olaraq çox saylı təkliflər irəli sürmüşük. Ümid edirik, bir daha belə ədalətsizliyə şahid olmarıq. Ərdəbil kimi vilayətlərdə sərmayə yatırılmasına lazım olan şərait olmadığı üçün sərmayəsi olanlar gəlməyə maraqlı deyil. Bəzi addımlar atılıb və əhalisi 10 mindən az olan şəhərlərdə sahibkarlığın inkişafı üçün 460 milyard tümən büdcə nəzərə alınıb. Beləliklə, 2000 yeni iş yeri açılır .

Həmçinin, Ərdəbil vilayətinin yollarından 700 km-i üçün milli büdcədən pul ayrılır. 2017-ci ilə qədər 250 km yollarımıza milli büdcədə pul ayrılsa da, bu artıq 700 km-dən daha çox olub. Bu yollardan biri Sərçəm-Ərdəbil yoludur”, – Məhəmməd Feyzi Şamgah bildirib.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button