Site icon Aznews TV

ÖLKƏDƏ VİRUSA TUTULANLARIN SAYI AÇIQLANDI

İranda son 24 saatda daha 115 nəfərin koronavirusdan ölməsi ilə ümumilikdə həyatını itirənlərin sayı 9065 nəfərə çatıb.
Bu barədə İran behdaşt vəzirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib.
Onun sözlərinə görə, ötən gün ərzində daha 2 563 nəfərdə koronavirusa tutulma halı müəyyən olunub. Bununla ölkə üzrə virusa tutulanların ümumi sayı 192 min 439-a çatıb.
152 min 675 nəfərin müalicə olunaraq sağaldığı, ümumilikdə 1 milyon 293 min 609 nəfərin isə koronavirus testindən keçdiyi açıqlanıb.
Xatırladaq ki, İranda qərəntinə tədbirləri nəticəsində mey ayında gündəlik tutulma sayı 800-ün altında idi.

Exit mobile version