
İranın Elm vəziri Mənsur Qulami danişqahlarda təhsil ilinin şəhrivərin 15-dən başlayacağını deyib. Bildirilib ki, öyrəncilər a:banın əvvəlindən qəbul olduqları danışqahlara adlarını yazdıra bilərlər. Yeni term üçün Danişqah öyrənciləri adlarını anlayn şəkildə yazdıracaqlar. Qulami konkur nəticələri barədə də danışıb. “Qiymətləndirmə Sənceş Təşkilatından da bildirildiyi kimi, ölkə üzrə qəbul imtahanlarının son nəticələri mehrin sonlarında elan ediləcək”,-deyə o, məlumat verib. Bildirək ki, İranın Təhsil vəziri Möhsün Hacı Mirzayi də şəhrivərin 15-dən ölkənin bütün mədərsələrində təhsil ilinin başlayacağını elan edib.