Site icon Aznews TV

“Ölkəmiz Avropanın “xəstə adamıdır”-Fransanın keçmiş kəşfiyyat rəisi

Bunu “Le Figaro” qəzetinə müsahibəsində Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin keçmiş rəhbəri (2002-2008) Pyer Broşan deyib.

“Biz keçmiş həmkarlarımla birlikdə həyatımızı Fransanın imicinin dünyada müdafiəsinə və təbliğinə həsr etmişik. Bu uğurlar əsrlər boyu əldə edilir, çökmələr isə bir neçə gün və hətta saatlar ərzində baş verir”, – Broşan deyib.

Keçmişdə Fransanın Macarıstan və İsraildəki diplomatik nümayəndəliklərinə də rəhbərlik edən keçmiş kəşfiyyat rəhbəri və sabiq səfir qeyd edib ki, ölkədə baş verən iğtişaşlar səbəbindən beynəlxalq tədbirlərin ləğvi ilk növbədə reputasiyaya böyük ziyan vurub.

İlk dəfə bu, martın sonunda Böyük Britaniyanın yeni kralı III Çarlzın səfəri pensiya islahatlarına qarşı etirazlar səbəbindən təxirə salındıqda, ikinci dəfə isə polis tərəfindən 17 yaşlı əlcəzairəsilli sürücünün qətlə yetirilməsi ilə əlaqədar başlayan iğtişaşlar səbəbindən Fransa prezidenti Emmanuel Makron Almaniyaya səfərini ləğv etdikdə baş verib. (report)

Exit mobile version