Site icon Aznews TV

Ölüm hökmü hansı ölkələrdə mövcuddur?

2017-ci ildə dünya üzrə ən azı min nəfərə yaxın insan ölüm hökmü ilə cəzalandırılmışdır. Bu rəqəm ona görə dəqiqliyi ilə verilmir ki, ən çox ölüm hökmü verilən Çin ölkəsi bu məlumatı çox zaman gizli saxlayır.

Dünyada verilən ölüm hökmlərinin ümumi sayının 84%-i 4 ölkənin payına düşür: İran, İraq, Pakistan və Səudiyyə Ərəbistanı. İranda hər il ən azı 507, Səudiyyə Ərəbistanında 146, İraqda 125, Pakistanda isə ən azı 60-70 nəfər insan ölümlə cəzalandırılır. Bundan başqa ən çox ölüm hökmü verilən ölkə Nigeriya (Afrika) hesab edilir ki, bu ölkədə hər il 621 nəfər haqqında ölüm hökmü çıxarılır. Bu rəqəm Misirdə 402, Banqladeşdə isə 273 nəfərdən çoxdur. Qeyd edək ki, ABŞ və Şri–Lankada da ölüm hökmü ilə cəzalandırılanlar az deyil.

İsraildə ölüm hökmü soyqırım təşkilinə, kütləvi insan qırğınına və dövlətə xəyanətə görə verilir. Bu ölkənin mövcud olduğu zamandan indiyədək cəmi 2 nəfərə ölüm hökmü oxunmuşdur. Bunlardan biri də nasist cinayətkar Adolf Eyxman idi.

Ölüm hökmü ABŞ-ın Konstitusiyasında öz əksini tapmışdır və 51 ştatın 32-sində icra edilməkdədir. Hal-hazırkı zamanda ən çox ölüm hökmü əhali sayına görə, Texas və Oklahoma ştatlarında verilir. Aparılan son sorğulara görə, amerikalıların 62%-dən çoxu ölüm hökmünün qalmasını istəyir. ABŞ “8 Böyük Dövlətlər” içərisində ölüm hökmü icra olunan yeganə ölkədir.

İran dünyanın 18-ci böyük ölkəsi, Yaxın Şərqin isə 2-ci böyük ölkəsi hesab olunur və əhalisinin sayı 77 milyondan artıqdır. Şiəlik ölkənin əsas dini hesab olunur. İranda əhalinin əksəriyyəti ölüm cəzasının qalmasının tərəfdarıdır.

Belorusiya keçmiş Sovet Respublikalarından olan yeganə ölkədir ki, ölüm hökmü icra olunur. Keçmiş Sovetlər ölkəsinin tərkibində olan 10 Respublikada ölüm cəzasının verilməsindən tam imtina edilmişdir. Bu ölkələr: Azərbaycan, Gürcüstan, Estoniya, Latviya, Litva, Moldova, Türkmənistan, Ukrayna, Özbəkistan, Qırğızıstan.

Latviyada 2011-ci ilədək ölüm hökmü yalnız hərbi cinayətlər zamanı icra olunurdu, 2011-ci ildən isə ölüm hökmü tamamilə ləğv edildi.

İraqda 2003-cü ildən (ABŞ-ın İraqa hərbi hücumlarında sonra) ölüm hökmünün icrası dayandırılmışdır. Sonradan ölüm cəzası yenidən bərpa edildi və hal-hazırda dünya üzrə ölüm hökmünün icrasınanın 80%-dən çoxu İraq, İran və Saudiyyə Ərəbistanının payına düşür.

Exit mobile version