
“Təsnim”in məlumatına görə, ölkənin bəzi əyalətlərində yağış çatışmazlığı və bənd ehtiyatlarının vəziyyəti ölkə üzrə orta göstəricidən daha pis və hətta daha fəlakətlidir. Bu vilayətlərdən biri də ölkə əhalisinin 18%-ni təşkil edən Tehran şəhəridir.
Bildirilib ki, Tehranı su ilə təmin edən 5 bənd su qıtlığının yaşandığı keçən illə müqayisədə 3 milyon kubmetr su azalması ilə üzləşib. Bununla belə, aprel ayının 20-dək Tehranda 3 milyard litrdən çox su istifadə edilib ki, bu da görünməmiş rekord sayılır.