
Aznews.tv “Azadlıq” radiosuna istinadən xəbər verir ki, OPEK-in son hesabatına görə, təşkilatın üzvlərinin ümumi istehsal həcmi iyun ayında 29,830 milyon barelə düşüb. Bunun əsas səbəbi İran və Venesuelanın neft istehsalının azalmasıdır.
OPEK-in son aylıq hesabatında deyilir ki, iyun ayında İranın neft istehsalı əvvəlki ayla müqayisədə gündəlik 142 min barrel azalaraq 2.225000 milyon barrelə çatıb.
ABŞ sanksiyalarının tam bərpasından əvvəl, İranın neft istehsalı gündəlik 3.8 milyon barreldən çox idi.
Habelə İranın neft ixracının gündəlik 300 min barreldən aşağı səviyyəyə enəcəyi təxmin edilir. Bu rəqəm sanksiyalardan əvvəlki dövrdə 2.5 milyon barreldən çox idi.
ABŞ keçən ilin may ayında İranla nüvə sazişindən çıxdı və bu ilin may ayından isə İran neftinin alıcılarına güzəştləri ləğv etdi.
2017-ci ildə OPEK-in ümumi neft istehsal həcmi 32 milyon barreldən bir az artıq olub.
Aznews.tv