Site icon Aznews TV

Orban Ukraynanın bir hissəsini qədim Macarıstan torpağı adlandırıb

“Ukraynanın bir hissəsi qədim Macarıstan torpağıdır. İndi Ukraynaya məxsusdur və macarlar orada yerli icma kimi yaşayırlar”, – deyə baş nazir izah edib.

Orban deyib ki, Macarıstan Ukrayna münaqişəsinin deqradasiyasında maraqlı deyil, çünki mövcud vəziyyət Ukraynada yaşayan macarların taleyinə birbaşa təsir edir. Bu baxımdan, ölkəsi geosiyasi böhranı tez bir zamanda həll etmək üçün ikiqat həvəslidir.

“Bizi buna nə qədər məcbur etməyə çalışsalar da biz bu münaqişədə iştirak etməyəcəyik.

Bunun bizə aidiyyəti yoxdur və biz hər şeyi edəcəyik ki, atəşkəs olsun və sülh danışıqları mümkün qədər tez başlasınl”, – deyə baş nazir bildirib. (apa)

Exit mobile version