İran

İran polisi mitinqdə etirazçıları  tutub

Ötən gün Pakistanın Tehrandakı səfirliyi qarşısında bir qrup iranlı etiraz mitinqi keçiriblər.

Etirazçıların sözlərinə görə, mitinqi keçirməyin səbəbi Əfqanıstan xalqı ilə həmrəylik bildirmək və “Pakistanın Əfqanıstanın daxili işlərinə qarışması”na etiraz etmək olub.

İran polisinin mitinq iştirakçılarını döyərək bir neçəsini həbs etdiyi deyilir. Onların arasında insan haqları fəalı olan Nərgiz Məhəmmədi də var. Ancaq o, bir neçə saat sonra azad edilib.

Etirazçıların şüarları- “dünyanın şiri olan Pəncşir, səni dəstəkləyirik”, “Kabildən Tehrana qədər, analar, xanımlar, birlik, birlik”, “İslam Əmirliyinə ölüm!” və başqa bu kimi şüarlar yazılmış plakardlar tutublar.

Related Articles

Bir cavab yazın

Back to top button