Dünyaİran

Ötən il qəzalarda 3,700-dən çox motosikletçi həyatını itirib

Ötən il yol qəzalarında 3,745 motosikletçi həlak olub. Onlardan 3,660-sını kişilər, 137-ni isə qadınlar təşkil edir.
Aznews.tv Məhkəmə- Tibbi Ekspertizasına istinadən xəbər verir ki, ötən il motosikletçilər arasında ölənlərin sayı yol-nəqliyyat qəzalarında ümumi tələfat sayının 21,8% -ni təşkil edib.
Mövcud statistikaya əsasən, ötən il yol-nəqliyyat qəzalarında motosikletçilər arasında ən çox ölüm halları Tehran vilayəti üzrə 386, Fars vilayəti 327, İsfahan 289, ən az statistika isə İlam- 12, Kohgiluye və Bevirəhməd 22, Ərdəbil vilayəti üzrə isə 23 ölüm halları baş verib.
Ötən ilki statistik məlumatlara görə, motosikletçilər arsında tələfat səviyyəsi ümumi yol-nəqliyyat qəzalarında baş verən tələfat halları ilə müqayisədə Qolestan və Hormozqan vilayətlərində daha böyük rəqəmdir. Qolestan əyalətində motosikletçilər arasında tələfat səviyyəsi ümumi yol-nəqliyyat qəzalarından 42,6%, Hormozgan vilayətində isə 36,2% faiz çox olub.
Statistik rəqəmlər motosikletçilərin ən çox ölüm səbəblərinin baş nahiyəsindən aldıqları zərbə olduğunu göstərir. Bu amil təıkcə ötən il motosikletçilərin ölümünün 51,6% -inə səbəb olub ki, ümumi tələfatın 1933-ünü təşkil edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button