İran

İranda qanunsuz ağac kəsimi davam edir

İranda qanunsuz ağac kəsimi ilə məşğul olanlarla bağlı hələ də uyğun tədbirlər görülmür. Belə ki, qanunsuz kəsilmiş ağaclar ölkənin quzey və mərkəzi əyalətlərinə daşınır və satışa çıxarılır. Məsələ ilə bağlı Qərbi Azərbaycanın Təbiət Qaynaqları və Su Məsələləri Baş İdarəsinin müdiri Seyid Hadı Qasimi açıqlama verib. Onun sözlərinə görə, bu yöndə gərəkli tədbirlərin görülməməsi ilə ağac qaçaqmalçılarının sayı artıb. Bildirilib ki, İslami Şura Məclisində Quzey meşəliklərinin 5 ilədək ağacların kəsilməsinə qadağa qanunu təsvib olandan sonra ağac kəsimi ilə məşğul olanlar Qərbi Azərbaycanın Sarıdaş və Xana meşəliklərinə yönəliblər. Məlumata görə, sözügedən bölgənin 101 min hektar sahəsi meşəlikdir. İslami Şura Məclisinin Əkin Komisyonunun rəis müavini Cəlal Mahmudzadə bildirib ki, bu bölgələrdə ağacların kəsilib kağız tolid edən karxanalara satılması hələ də davam edir. Buna görə də həmin şəxslər qanunvericilikdən irəli gələn məsuliyyətə cəlb edilməlidirlər.
Tikan Təpə və Sayın Qala əhalisinin məclis nümayəndəsi Həsən Himməti isə deyib ki, bu vilayətdə təbiət qaynaqlarını qorumaq məqsədilə uygun qanunlara düzəliş edilməlidir. Qanunu pozan şəxslərə qarşı cərimə tərtib olunmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button