Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

​​Övladına türk adı qoymuş azərbaycanlı ata 5 aydır onun sənədini ala bilmir

İranın Vətəndaş Qeydiyyatı Təşkilatı "Əlburan" adlı azərbaycanlı uşağa doğum haqqında şəhadətnamənin verilməsinə qarşı çıxıb.

Buna səbəb isə körpənin adının türk mənşəli olmasıdır. Bu səbəbdən Urmiyadan olan uşaq 5 aydır ki, doğum haqqında şəhadətnaməsiz qalıb.

Körpənin atası Əbülhəsən Yari Urmiya şəhər məhkəməsinə şikayət edib.

İranın Vətəndaş Qeydiyyatı Təşkilatı yeni doğulan uşaqlar üçün siyahı təqdim edib. Bu qurum ailələri uşaqlarının adlarını bu siyahıdan seçməyə məcbur edir. Siyahıda üstünlük fars adlarına verilir və çox məhdud sayda türk adlarına rast gəlmək olur.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib. Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button