Azərbaycan

Hindistanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

Hindistanın Azərbaycandakı səfiri Bavitlung Vanlalvavna bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Azərbaycan mətbuatı xəbər verir ki, görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz fikirlər işlədilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb.

Bu kimi halların, müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi qeyd olunub. Sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsinin gözlənildiyi bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button