Site icon Aznews TV

Özbəkistanda iğtişaş törədənlər tutuldu

Bu barədə Qaraqalpaq Muxtar Respublikasının Parlamenti, hökuməti və Daxili İşlər Nazirliyi birgə məlumat yayıblar.

Bildirilib ki, saxlanılan şəxslər regionun hakimiyyət orqanlarını ələ keçirməyə cəhd göstəriblər.

Tutulanların əksəriyyətinin iğtişaşların təşkilatçısı olduğu, hüquq-mühafizə orqanlarına aktiv müqavimət göstərdiyi vurğulanıb. Hazırda onların barəsində müvafiq istintaq hərəkətləri aparılır.

Qeyd olunub ki, təqsirli şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb ediləcək

Xatırladaq ki, ötən gün Nukus şəhərinin sakinləri ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərə qarşı çıxaraq etiraz aksiyası keçiriblər. (modern.az)

Exit mobile version