Site icon Aznews TV

Pakistan Ordusu altı terrorçunu zərərsizləşdirib

“ANT” xəbər verir ki, bu barədə “Geo” telekanalı İslam Respublikası Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinə (ISPR) istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci il aprelin 23-dən 24-nə keçən gecə Pakistan hərbçiləri Bannu rayonunu ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Xəvaric” qruplaşmasının (əvvəllər “Təhrik-i-Taliban Pakistan” və ya “Pakistan Taliban Hərəkatı” kimi tanınır) yaraqlıları olub.

Qarşıdurma zamanı 6 terrorçu öldürülüb, daha 4-ü yaralanıb. Ərazinin təmizlənməsi əməliyyatı davam edir.

Məlumata görə, hərbçilər arasında itki yoxdur.

Exit mobile version