BölgəİranSiyasət

Pakistan: Səudiyyə Ərəbistanı və İran danışıqlar aparmaq niyyətindədir

Pakistan Baş nazirinin Səudiyyə Ərəbistanı və İrana iki ölkə arasındakı gərginliyi azaltmaq məqsədi ilə etdiyi ziyarətdən sonra Pakistan xarici işlər naziri, iki ölkənin fikir ayrılıqlarını diplomatiya yolu ilə həll etmək istədiklərini bildirib.

Ötən ay Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlarından sonra iki regional rəqib arasında gərginlik daha da artıb, hücumları Ər-Riyad İranla əlaqələndirir, rəsmi Tehran isə onu rədd edib.

Aznews.tv “Associated Press”ə istinadən xəbər verir ki, Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi oktyabrın 16-da deyib ki, iki ölkə rəsmiləri bazar ertəsi və çərşənbə axşamı İrana və Səudiyyə Ərəbistanına gedən Pakistanın baş naziri İmran Xanla görüşdükdən sonra danışıqlar aparmağa hazır olduqlarını bildirib.

Ancaq Pakistan rəsmisi bununla bağlı ətraflı məlumat verməyib. İmran Xan ötən aydan bəri İranla Səudiyyə Ərəbistanı arasında vasitəçilik etməyə və onlar arasında dialoq üçün zəmin yaratmağa çalışır.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close