İran

Güney azərbaycanlı milli fəalın ittihama baxılmağa cəlb qərarı çıxarılıb

Güney azərbaycanlı milli fəal xanım Ulduz Qasimi, 1400-cü ilin Şəhrivər ayının 4-ü Təbriz Vilayəti Ümumi və İnqilab Məhkəməsinin 17-ci Şöbəsində keçirilmiş toplantıda sonuncu özünü müdafiəsini edib, indi isə pərvəndə üzrə ona verilmiş ittihamlara balmaq üçün cəlb qərarı çıxarılıb.

Xanım Qasimi, Azərbaycan türkcəsində yazdığı müdafiəsini İranda etniklərin hüquqları və vətəndaş hüquqlarıın pozulması, İranda sistemin yaramaz idarə olunması tərzinə etiraz, eləcə də İranda yaşayan millətləri iqtisadi, kültürəl haqlarının pozulması, yaşam çevrəsinin məhv edilməsi, yerli doğal qaynaqlarını talama barədə yazaraq məhkəməyə təqdim edib.

Ona “uyğun olmayan hərəkətlər, ümumi nəzmdə pozuntuya gətirib çıxaran qalmaqal törətmə, əhalinin iş-güzarlarının qarşısını almaq, qanunsuz toplaşmalara qoşulma yolu ilə asayiş və əmniyyəti pozmaq itihamları ilə” Təbriz Vilayəti Ümumi və İnqilab Məhkəməsinin 17-ci Şöbəsinin başqanı Müctaba Camalının tərəfindən ittihamlara baxılmağa cəlb qərarı çıxarılıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button