Azərbaycan

“Üçüncü Qarabağ savaşı yoldadırmı?”

Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə atəşkəs anlaşmasının imzalanmasından 9 aydan artıq bir müddət sonra bölgədə gərginlik yenidən başlanıb və gedişatları göstərir ki, belə bir gərginlik bölgədə savaş alovunu yenidən qızışdıra bilər.
10 Novambrda imzalanmış razılaşmanın maddələri yalnız atəşkəsin bərqərar edilməsi və nizami əməliyyatların dayandırılması üçün yazılıb və onun bəndləri, hər hansı başqa razılaşma kimi fərqli şəkildə şərh edilib. Ermənilər anlaşmanın şərhini irəli sürərək, işğaldan azad edilmiş və ixtilaflı ərazilərdə öz nizami fəallığını artırmaq üçün səylərini gücləndiriblər.

Rusiya sülhməramlılarının gözü qarşısında yeni erməni postlarının yaradılması Rusiya ilə Ermənistan arasında Mərkəzi Qarabağın yeni hüquqi vəziyyətə basqı etmək üçün şifahi razılaşmanın əldə edilməsindən xəbər verir.
Başqa tərəfdən, Ermənistan Zəngəzur dəhlizini açmaq niyyətində olmadığını dəfələrlə bəyan edib və bu ölkənin millətçiləri “yeni torpaqlar uğrunda yeni savaş” kimi iddialar səsləndirməklə, savaş alovunu qızışdırmaqdadılar.
Bununla bağlı, Ermənistan Qərblə, xüsusən Fransa və Toplu Əmniyət Anlaşması Təşkilatı ilə razılaşdırılmış şəkildə diplomatik səylərini davam etdirir.

Related Articles

Bir cavab yazın

Back to top button