Site icon Aznews TV

Paris etirazçılara dəstək verməklə Tehrana qarşı mövqeyini dəyişib

Bunu Yaxın Şərq məsələləri üzrə ekspertlər Fransa radiosunu müsahibələrində bildiriblər.

“Fransanın İranın Əxlaq Polisi tərəfindən öldürülən Məhsa Əmininin xalası oğlu Urfan Mürtəzayiyə viza verməsi onu göstərir ki, Paris Tehrana münasibətdə mövqeyini dəyişir.

Açıq demək olar ki, iki tərəf arasında münasibətlər bərbad durumdadır”,- Yaxın Şərq üzrə ekspert David Riqole-Roz deyib.

Fransa radiosunun məlumatına görə, Paris və Tehran arasında münasibətlər son zamanlar geriləyib.

Fransa Tehran rejiminin hökumət əleyhinə çıxan etirazçılara qarşı repressiyalarına görə sərt mövqe tutub.

Bununla yanaşı İranda həbsdə olan 7 Fransa vətəndaşının məsələsi də vəziyyətin dahada mürəkkəbləşməsinə səbəb olub.

Exit mobile version