Site icon Aznews TV

Parisdə iğtişaşlar fonunda daha 80 nəfər saxlanılıb

“Report” xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Marseldə 55, Nitsada 32 nəfərin saxlanıldığı qeyd edilir.

Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib ki, ötən gecə olduğu kimi bu gecə də ölkədə 45 min polis və jandarm vəzifəsini yerinə yetirəcək.

Eyni zamanda, ötən gecə ən böyük iğtişaşların baş verdiyi Marsel və Liona da xüsusi diqqət yetiriləcək.

Exit mobile version